Polis cibgir qadını saxladı

  • By admin
  • 19 Sentyabr 2019 14:28

Bakıda cibgir qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 265 manat, 300 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Ağammədova saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org