Polis kafedə insanları qorxudan şəxsə atəş açdı – VİDEO

  • By admin
  • 18 Yanvar 2020 15:45

Türkiyənin İstanbul şəhərində kafedə həyəcanlı anlar yaşanıb.

Gununsesi.org “Haber Global”a istinadən xəbər verir ki, Bayrampaşa ərazisində bir nəfər kafeyə girərək müştəriləri qorxudub.

O, əlindəki əşya ilə kafedəki qabları sındırıb.

Təşvişə düşüb küçəyə qaçan müştərilər polis çağırıb. Bu zaman o, əlindəki gitarını polislərə atıb.

Polis ona tabe olmayan şəxsi ayağından silahla vuraraq zərərsizləşdirib.

Hadisə yerində olan tibb işçiləri yaralıya ilkin müdaxilə ediblər.

Adı məlum olmayan şəxsin niyə belə bir hadisə törətdiyinin səbəbi bilinməyib.

Gununsesi.org