Polis rəisindən Demet Akalın açıqlaması- CƏFƏNGİYYATDIR

Polis rəisindən Demet Akalın açıqlaması

Bəzi internet resurslarında Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirlinin Türkiyənin tanınmış sənətçisi Demet Akalını Bakıya gətirməsi barədə iddialar yer alıb. Həmin iddialarda polis rəisinin müğənniyə 120 min dolar qonarar ödədiyi də bildirilir.

Gununsesi.org-a açıqlamasında isə yazılanları qeyri-ciddi adlandıran Şəhriyar Şəmşirli bildirib ki, bu barədə yeni eşidir: “Adını çəkdiyiniz adam kimdir, nəçidir, heç bilmirəm. Cəfəngiyyat söhbətdir.Azərbaycan demokratik dövlətdir, ölkəmizdə də mətbuat azaddır. Təəssüf ki, bu azadlıqdan  sui-istifadə edib ağızlarına gələni yazırlar”.

Polis rəisi onu da vurğulayıb ki, ailəsində kiçik toy mərasimi olası kimsə yoxdur.

“Mənim övladlarım böyükdürlər”-deyə Şəhriyar Şəmşirli əlavə edib.

Gununsesi.org 

 

 

“”

COMMENTS