Pompeo: “ABŞ İranın nüvə obyektlərinə zərbə endirmək…”

  • By admin
  • 18 Yanvar 2020 16:48

“Vaşinqton Tehranın nüvə silahına sahib olmaması üçün İranın nüvə obyektlərinə preventiv zərbə endirilməsi imkanlarını nəzərdən keçirib”.

Bu sözləri “Hugh Hewitt Radio Show”a müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Dövlət katibi, həmçinin, İranın digər ölkələrin ərazisinə raket hücumlarından sonra bu cür zərbələrə ehtiyac olub-olmaması barədə sualı da cavablandırıb.

“Bu, bizim üzərində düşündüyümüz vacib məsələdir”, – Pompeo bildirib.

Pompeo qeyd edib ki, Vaşinqton İranın nüvə silahına sahib olmaması üçün vacib olan hər şeyi etmək niyyətindədir.

Xəbər Oxu.az saytında dərc edilib.

 

Gununsesi.org