Poroşenkonun deputat toxunulmazlığı ləğv edilir

  • By admin
  • 18 Noyabr 2019 22:05
Ukraynanın Dövlət Təhqiqatlar Bürosu ölkənin Baş Prokurorluğuna keçmiş prezident Petro Poroşenkoya dair şübhələrini ifadə edən məktub göndərib.
Gununsesi.org xəbər verir ki, Dövlət bürosu söhbətin cinayət işindən getdiyini bildirir. Müstəntiqlər deyirlər ki, keçmiş prezident konstitusiya quruluşunun devrilməsinə çağırışda və hakimiyyətdən sui-istifadədə şübhəli bilinir.
Büro Baş Prokurorluqdan Poroşenkonun deputat toxunulmazlığından məhrum edilməsi üçün Dövlət Radasına müraciət edilməsini rica edir.
Ukrayna qanunvericiliynə görə ölkədə deputat toxunulmazlığının ləğvinə dair qanun 2020-ci il, yanvarın 1-dən qüvvəyə minməlidir.
Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasının mətbuat xidməti bildirib ki, “Rusiyanın sifarişi olan bu şübhələrdən məqsəd beşinci prezidentin reputasiyasına zərbə vurulması, habelə onun bi sıra xarici səfər və görüşlərinin qarşısının alınmasıdır”.
Petro Poroşenkonun özü isə bu ittihamları “ağlasığmaz axmaqlıq” adlandırıb və əlavə edib ki, ona qarşı işin heç bir siyasi çəkisi yoxdur.
Keçmiş prezident bildirib ki, bu xəbəri eşidəndə Türkiyədə idi, amma səfərini qorxmadığını göstərmək üçün yarımçıq kəsərək qayıdıb.
Poroshenko-nun sözlərinə görə ona qarşı təhqiqata başlanmasının təşəbbüsçüsü Viktor Yanukoviç-in keçmiş komandasıdır.
Bundan əvvəl Dövlət Təhqiqatlar Bürosu Poroşenkoya aidiyyəti olan 13 cinayət işinin mövcud olduğunu bildirmişdi.
Vəkillər deyirlər ki, bəzi epizodlar üzrə deputatın prosessual statusu yoxdur.
Ukrayna mediası diqqəti belə bir məqama çəkir ki, Poroşenko-ya qarşı işlərə Volodymyr Zelenskii prezident seçiləndən sonra başlanıb.
Bu da qeyd olunur ki, bu işlərdən bəzilərinin təşəbbüsü keçmiş moskvayönlü prezidnet Yanukovych-in administrasiya rəhbərinin müavini Andrey Portnovdan gəlir.
O habelə indiki prezidentin administrasiya rəhbəri Andrey Bogdan-la tanışdır.
Poroşenko bəyan edib ki, o məsuliyyətdən və mümkün cinayət təqibindən qorxmur.
Onun sözlərinə görə Portnov Dövlət Təhqiqatlar Bürosuna təsir göstərib.
Gununsesi.org