Prezidentə edilən müraciətlərin həllinə başlanılıb- ZEYNAL NAĞDƏLİYEV

Prezidentə edilən müraciətlərin həllinə başlanılıb

“Azərbaycan prezidentinə regionlardakı görüş zamanı edilən bütün müraciətlər diqqətlə araşdırılır. Hətta deyərdim ki, orada əks olunan bütün məsələlərin həllinə başlanılıb”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

PA rəsmisinin sözlərinə görə, ölkə başçısına edilən müraciətlər müxtəlif sahələrlə bağlıdır: “İş yerləri, sosial problemlər, məhkəmə və digər sahələrlə bağlı müraciətlər var. Onların hər birinə diqqətlə baxılır”.

COMMENTS