Prezidentə 48 saat vaxt verildi - DÖVLƏT BAŞÇISI VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILIR

  • By admin
  • 13 Fevral 2018 09:10

Cənubi Afrika Respublikasında hakim Afrika Milli Kongresi (ANC) prezident Ceykob Zumaya istefaya getmək üçün 48 saat vaxt verib.

Gununsesi.info xəbər verir ki, əks təqdirdə dövlət başçısının vəzifəsindən kənarlaşdırılacağı bildirilib.

Daha öncə yerli KİV-lər prezidentin dövlət əmlakının mənimsəməsi ilə bağlı qalmaqalla əlaqədar istefaya gedəcəyi barədə məlumat yayıb. Bunun istefanın şərtləri razılaşdırıldıqdan sonra baş verəcəyi bildirilirdi.

Gununsesi.info