Prezident Administrasiyasının yeni strukturu təsdiq edilib – SƏRƏNCAM

  • By admin
  • 29 Noyabr 2019 18:55

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.org AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilib (əlavə olunur).

Prezident AdministrasiyasıAzərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq edilməlidir.

Gununsesi.org