Prezident Həsən Ruhani: “İranla Azərbaycanın əlaqələri daha da inkişaf edəcək”

  • By admin
  • 28 Noyabr 2019 11:09

Tehranla Azərbaycan Respublikasının ikitərəfli iqtisadi əlaqələrinin inkişafı üçün lazımi infrastrukturun yaradılması  davam etdirilir.

Gununsesi.org Press Tv-yə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı öz çıxışında deyib.

Həsən Ruhani bildirib ki, vilayətin qonşu ölkələrlə əlaqə qurması üçün üstünlükləri mövcuddur. H.Ruhani söyləyib ki, İran Avrasiya İqtisadi Birliyi ilə ticarət sazişi imzalayıb və bu, ixracı daha da inkişaf etdirəcək.

 Onun fikrincə, ölkəsinin Azərbaycanla da əlaqələri inkişaf edəcək. O, bununla bağlı danışıqlar aparıldığını deyib.

H.Ruhani Araz çayının çirkləndirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, İran tərəfi Ermənistan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırıb.

H.Ruhani bildirib ki, İran bu məsələni gələcəkdə ciddi şəkildə diqqətdə saxlayacaq.

“Bizim bununla bağlı Ermənistanla razılaşmamız var”, – deyə H.Ruhani əlavə edib.

Arzu

Gununsesi.org