Prezident İlham Əliyev Çex Respublikasının dövlət başçısını təbrik edib

  • By admin
  • 28 Oktyabr 2019 19:39

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Gununsesi.org-un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm”.

 

Gununsesi.org