Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı

Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı

Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”  sərəncam imzalayıb.

Gununsesi.org-un məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 fevral tarixli 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “40,0 (qırx)” sözləri “60,0 (altmış)” sözləri ilə əvəz edilsin;

2. 1-3-cü hissədə “22,0 (iyirmi iki)” sözləri “33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin”.

COMMENTS