Prezident Putin İsrail və Fələstinə səfər edəcək

  • By admin
  • 21 Yanvar 2020 17:22

Rusiya Prezidenti Vladimir Putin İsrail və Fələstinə səfər edəcək.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

”Növbəti iki gündə Prezident Lipetsk bölgəsinə, həmçinin İsrail və Fələstinə səfər edəcək”, – deyə D. Peskov qeyd edib.

Daha əvvəl Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki Rusiya Prezidentinin Fələstinə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, Fələstin lideri Mahmud Abbas rusiyalı həmkarı ilə Yaxın Şərq məsələlərini müzakirə etməyi planlaşdırır.

Putin yanvarın 23-də Qüdsdə keçiriləcək Beşinci Dünya Holokost Forumuna qatılacaq.

Gununsesi.org