Prezidentdən Bakıdakı binalarla bağlı sərəncam - 10 MİLYON MANAT AYRILIB

  • By admin
  • 18 Sentyabr 2019 19:15

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Gununsesi.org-un məlumatına görə, sərəncamla Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

 

Gununsesi.org