“Prezidentin arvadıyam” deyən qadın həbs edildi

“Prezidentin arvadıyam” deyən qadın həbs edildi

Nigeriyada özünü prezident Məhəməd Buxarinin həyat yoldaşı kimi qələmə verən qadın saxlanılıb.

“Gununsesi.org” xarici KİV-ə istinadən xəbər verir ki, gizli xidmət nümayəndəsi bildirib ki, saxlanılan qadın müxtəlif adlar və şəxsiyyət vəsiqələrindən istifadə edib. O, əvvəlcə özünü ştat qubernatorunun arvadı kimi təqdim edib. Daha sonra birinci ledi kimi qanunsuz olaraq ölkə prezidentinin iqamətgahına daxil olub və prezident xanımının ofisindən fırıldaqçılıq məqsədləri üçün istifadə edib.

Gizli xidmət əməkdaşının sözlərinə görə, qadın protokoldan və yoxlamadan yayınmaq üçün saxta sənədlərdən istifadə edib və bu şəkildə, prezident xanımının ofisinə daxil ola bilib.

Yerli KİV-in məlumatına görə, fırıldaqçı qadın birinci ledi Aişə Buxarinin ölkə xaricində olmasından istifadə edərək onun adından prezident villasına biznesmen Aleksandr Okaforanı dəvət edib və ondan 150 milyon nayra (412 min dollar) alıb.

COMMENTS