Prezidentlər Bakıda İŞİD-i müzakirə edəcəklər

  • By admin
  • 05 Avqust 2016 17:40

ruhani

 

Azərbaycan, Rusiya və İran lideri avqustun 8-də Bakıda Suriyadakı, Yaxın Şərqdəki, Əfqanıstandakı vəziyyəti və İŞİD tərəfindən gözlənilən təhlükələr müzakirə olunacaq.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentlər Bakıda üçtərəfli formatda keçirdiyi görüşdə ilk olaraq beynəlxalq və regional siyasi prosesləri, praktik əməkdaşlıq yollarını, xüsusən də enerji və nəqliyyat sahəsində müzakirələr aparacaqlar. Uşakov onu da deyib ki, Putin Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham əliyevlə və İran prezidenti Həsən Ruhani ilə ikitərfli görüşü nəzərdə tutulub.

Gununsesi.info