Prokuror sabiq icra başçısına cəza istədi - AXCP FƏALLARININ MƏHKƏMƏSİ YEKUNLAŞIR

  • By admin
  • 19 Fevral 2019 17:45

Bu gün Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Gədəbəy Rayon icra hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov və onunla birlikdə ittiham olunan AXCP fəallarına cəza istənilib.

Gununsesi.org-un xəbərinə görə, prokuror çıxışında Saleh Rüstəmova 8 il, Aqil Əli Məhərrəmə 7 il 6 ay, Saleh Babək Həsənova 7 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Bundan başqa dövlət ittihamçısı Vidadi Rüstəmov və  Ruslan Nəsirova CM-nin 70 ci maddənin tətbiq edilərək, onların 7 il müddətinə şərti cəzaya məhkum olunmasını tələb edib.

Qeyd edək ki, adıçəkilən şəxslər AXCP-ni maliyyələşdirməkdə, və qanunsuz sahibkarlıqda ittiham olunur.

Gununsesi.org