Psixoloq kimdir? - PSİXOLOQ VƏFA ƏKBƏR YAZIR

Psixoloq kimdir? 


Psixoloqun kim olması və nə iş görməsi ilə bağlı cəmiyyətmizdə müəyyən anlaşılmazlıqlar və səhv anlamalar var. İnsanlardan bəziləri psixoloqu insanlara məsləhət verən, bəziləri ruhi (psixi) xəstəliyi olan insanlarla işləyən biri kimi başa düşür.

Hər hansı bir şəxsə “Psixoloqa get” deyən kimi isə “məgər mən dəliyəm?” kimi cavablandırırlar. Buna səbəb psixoloq sözünün əvvəlindəki “psix” sözüdür ki, qədim yunanca “ruh” deməkdir.

Bəzilərimiz ancaq zəif insanların psixoloqa ehtiyacı olduğunu düşünürük, amma unutmayın ki, psixoloqa elə güclü insanlar müraciət edir, çünki güclü insanlar həyatlarında baş verəcək ən kiçik problemin belə məqsədlərindən yayındıra biləcəyini, vaxtlarını alacağını və məhsuldarlıqlarını aşağı salacağını anlayır və onlara düşdükləri çətin situasiya və qarşılaşdıqları, gözdə problem kimi görünən hadisələrdə özlərini necə aparacaqlarına dair məsləhət verən bir mütəxəssisə, psixoloqa müraciət edirlər. Öz problemini qəbul etmək artıq onun həllinə doğru ilk addımdır.

Belə düşünün, həyatınız bir gəmidir, siz isə onun kapitanı. Bu gəmini bu vaxta qədər siz idarə etmisniz, indi elə bir yerə dayaz sulara çatmısınız ki, bu dayaz sulardan sizə zərər gəlmədən keçməyə kömək edəcək bir nəfər lazımdır. Bu sulardan keçdikdən sonra da gəminin kapitanı həmişə siz olacaqsınız.

Bəzi insanlar isə hər hansı problemləri olduqda öz yaxınları,dostları və ya rəfiqələrinə danışırlar. Bu sizə rahatlamağa kömək edə bilər, amma problem həll etməyəcək, çünki, yaxınlar obyektiv ola bilmirlər, sirrinizin gizli qalacağına heç kim zəmanət verə bilməz.

Bəzi insanlarımız da var ki, siz Psixoloq yanına getməli olduğunu deyədə “Elə mən özüm psixoloqam!” deyə cavab verirlər. Xeyr, onlar Psixoloq DEYİL.

Psixoloq Kimdir ?

Psixoloq psixologiya fakültəsində dörd illik psixologiya təhsili almış şəxslərdir. Psixologiya təhsilini bitirmiş olanlar psixologiyanın müxtəlif magistr proqramı çərçivəsində mütəxəssisləşirlər. Psixoloqun tibbi təhsili olmadığına görə patsientə dərman perapatı təyin edə bilməz.

Psixoloqun məqsədi ona müraciət edən insanın problemini həll etməkdə yardımçı olmaqdı.

Psixoloq cəmiyyətimizdə düşünülənin əksinə məsləhət vermir, o sizin içinizdə var olan şeyi üzə çıxarmağa kömək edir. Psixoloq sizin həyati qərarlarınızda sizin yerinizə qərar verə bilməz, psixoloq sadəcə sizin əslində nə istədiyinizi və hansı yolla getsəniz nə əldə edəcəyinizi görmənizə yardımçı ola bilər. Sonda o qərarları siz verəcəksiniz.

Psixoloq sizin aynanızdır, onunla danışarkən öz içinizdəki özünüzlə danışırsınız kimi hiss etməlisiniz.

Psixoloq obyektivdir, o size tənqid edə bilməz. ayıblaya bilməz. Psixoloq hakim deyil, o sizə əhkam kəsə bilməz, sizin atanız, ananız, valideyniniz deyil, sizi danlaya bilməz, müəllim deyil, sizə nəyi isə öyrətməz.

Danışdıqlarınızın 100 % gizli qalacağınızdan əmin ola bilərsiniz, çünki psixoloqun ilk vəzifə borclarından biri ona verilən informasiyaları gizli saxlamaqdır.

Psixoloqa müraciət etdikdə sizin də üzərinizə öhdəlik düşür, belə ki, problemin daha tez və effektiv şəkildə aradan qaldırılması üçün, siz səmimi olmalısınız, olanları olduğu kimi psixoloqa danışmalı heç nəyi gizlətməməlisiniz. Belə olduqda daha tez nəticə almaq olar. Unutmayın ki, Psixoloq da insandır və onun fövqəladə gücləri yoxdur. O sizi ona danışdığınız və ona göstərdiyiniz qədər tanıyır və o qədər kömək edə bilər.

Qarşılaşdığınız hər hansı çətinliklə bağlı bizə müraciət etməkdən çəkinməyin. Əlaqə vasitələrimiz saytımızda mövcuddur.

Sonda, unutmayın ki, “Psixoloq yanında ağlamaq, psixiatr yanında gülməkdən yaxşıdır”.

 

Psixoloq Vəfa Əkbər

 

COMMENTS