Puarye Makqreqorla döyüşmək istəyir

Puarye Makqreqorla döyüşmək istəyir

Amerikalı döyüşçü Dastin Puarye yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorla revanş görüşü keçirmək istədiyini bildirib. Gununsesi.org-un məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Düşünürəm ki, indi mənimlə Konor arasında revanşın mənası var”, – Puarye Tvitterdə qeyd edib.

Xatırladaq ki, döyüşçülər 2014-cü il sentyabrın 27-də görüşmüşdü. Həmin döyüşdə Makqreqor texniki nokautla Puaryeyə qalib gəlmişdi.

Qeyd edək ki, bu il sentyabrın 7-də Əbu-Dabidə qarışıq döyüşlər üzrə UFC-242 turnirində yüngül çəkidə UFC çempionu, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədova uduzan Dastin Puarye müvəqqəti UFC çempionu titulunu itirib.   

Gununsesi.org

COMMENTS