Putin ABŞ haqqında - Onlar yetişənədək gözləyərik

  • By admin
  • 23 İyun 2019 18:54

Rusiya prezidenti Vladimir Putin Moskva-Vaşinqton münasibətlərini şərh edib.

NTV telekanalı xəbər verir ki, Putin ölkəsinin ABŞ-la dialoqa hazır olduğunu bəyan edib.

“ABŞ özü Rusiya ilə münasibətlərin inkişaf etdirilib-etdirilməməsi barədə qərar verməlidir. Onlara dialoq lazımdırsa, Rusiya buna hazırdır. Lazım deyilsə, onlar yetişənədək gözləyərik”, – deyə o vurğulayıb.

Gununsesi.org