Putin Çaykaya yeni vəzifə verdi

  • By admin
  • 22 Yanvar 2020 15:15

Rusiya Prezidenti Vladimir Putin Yuri Çaykanı Şimali Qafqaz Federal Dairəsinin səlahiyyətli nümayəndəsi təyin edib. Gununsesi.org-un xəbərinə görə, bu barədə rəsmi Kreml məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin “k” bəndinə uyğun olaraq, öz fərmanı ilə Yuri Yakovleviç Çaykanı Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin etdi. Fərman imzalandığı gündən qüvvəyə minir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, sabiq Baş Prokuror Yuri Çayka yanvarın 20-də istefa verib.

Gununsesi.org