Putin İsrailə 5 təyyarə və 200 nəfərlik heyətlə gəldi… YENİLƏNİB - FOTOLAR+VİDEO

  • By admin
  • 23 Yanvar 2020 18:26

Lumuzinlər Təl-Əvivə hələ yanvarın 20-dən 4 “İl-76” markalı böyük nəqliyyat təyyarəsi ilə gətirilib…

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Holokost beynəlxalq forumunda iştirak etmək üçün İsraildə səfərdədir.
 Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, Fələstinin “Maan” agentliyinin yaydığı məlumata görə, Rusiya lideri yəhudi ölkəsinə  200 nəfərlik nümayəndə heyəti ilə gəlib. Putin başda olmaqla həmin heyəti Təl-Əvivin Ben-Qurion hava limanına 5 təyyarə çatdırıb.
 
Ukrayna mediasının yaydığı xəbərdə isə deyilir ki, rus nümayəndələrini Rusiya liderinin kortejində daşıyacaq lumuzinlər hələ yanvarın 20-dən  4 ədəd  “İl-76” markalı böyük nəqliyyat uçağı ilə İsrailə  gətirilib. Onların arasında Putinin son vaxtlar özü ilə dünyanı gəzdirdiyi məşhur Rusiya limuzuni də var.

****

Rusiya Prezidenti Vladimir Putin İsraildə səfərdədir.

Gununsesi.org xəbər verir ki, Vladimir Putin 5-ci Ümumdünya Holokost Forumu ərəfəsində İsrailin Təl-Əviv şəhərinin aeroportuna enib.

5-ci Ümumdünya Holokost Forumu bu gün başlayacaq.

Qeyd edək ki, onlarla dünya lideri Osventsim konslageri dustaqlarının azad edilməsinin 75 illiyini qeyd etmək, antisemitizm və Holokostun inkarına dözümsüzlüyü bildirmək üçün Qüdsdə toplanırlar.

Gununsesi.org