Putin Köçəryanla Yerevan həbsxanasında görüşəcəkmi? - AÇIQLAMA

  • By admin
  • 14 Sentyabr 2019 23:33

Son zamanlar Ermənistan mətbuatında Rusiya prezidenti Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla onun saxlanıldığı Yerevan təcridxanasında görüşəcəyi barədə şayiələr yayılır.

Gununsesi.org bildirir ki, Kreml ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan arasında görüşün baş tutması imkanlarını şərh edib.

“Hələ dəqiq heç nə bilmirik”, – deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Sputnik Ermənistan”ın müxbirinin sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İrəvanda Ali Avrasiya Şurasının iclası keçiriləcək. Burada iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putinin də Ermənistana səfəri gözlənilir. Ermənistanın ikinci prezidenti ilə yaxın münasibətlərini nəzərə alaraq, son vaxtlar mətbuatda tez-tez onlar arasında baş tutacaq görüş barədə şayiələr yayılır.

Köçəryan 2008-ci ilin martında konstitusiya quruluşunu devirmək ittihamı ilə hazırda həbsdədir. Sentyabrın 12-də məhkəmən iclasda keçmiş prezidentin vəkilinin onun həbsinin ləğvi barədə qaldırdığı vəsatətə baxış keçirib. Sentyabrın 17-də isə Köçəryana hökm oxunacaq.

 

Gununsesi.org