Putin Trampla ayaqüstü görüşə bilər

  • By admin
  • 13 İyun 2019 21:36

 

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Donald Trampın G20 sammiti çərçivəsində ayaqüstü görüşü keçirilə bilər.

Gununsesi.org “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu Kremlin sözcüsü Dimtri Peskov deyib.

O, görüşlə bağlı ABŞ tərəfindən təklif gəlmədiyini bildirib.

Qeyd edək ki, G20 sammiti iyunun 27-28-də Yaponiyanın Osaka şəhərində keçiriləcək.