Putin və Ərdoğan arasında görüş başa çatıb – YENİLƏNİB

  • By admin
  • 13 Noyabr 2017 23:10


Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, liderlər arasında söhbət 4 saatdan artıq davam edib.

Geniş tərkibli danışıqlardan sonra tərəflər yenidən məhdud tərkibdə söhbətə qayıdıblar.

Danışıqların yekunlarını iki ölkə lideri mətbuata açıqlama ilə başa vuracaqlar.

***

18:48

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dar çərçivəli görüşdən sonra geniş tərkibdə görüş keçiriləcək, daha sonra dövlət başçıları mətbuat qarşısında bəyanatla çıxış edəcəklər.

Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

V. Putin görüşdə bildirib ki, Moskva və Ankara münasibətləri praktiki olaraq tam bərpa olunmuş sayıla bilər. R. T. Ərdoğan isə deyib ki, Rusiya və Türkiyə münasibətləri gündən-günə inkişaf edir.

 

Gununsesi.info