Putin və Paşinyan arasında telefon danışığı olub

  • By admin
  • 12 Oktyabr 2019 19:30

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Gununsesi.org xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda telefon danışığı zamanı MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilən iclasında müzakirə olunan məsələlərə toxunulduğu bildirilib.

 

 

Gununsesi.org