Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb

  • By admin
  • 07 Dekabr 2019 19:35
Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.
Gununsesi.org-un RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib.
“Elektrik bitdi”, – deyə V. Putin zarafat edib.
Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, – söyləyib.
Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.
Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.
Gununsesi.org