Qənirə Ataşovanı bir də belə görün- FOTOLAR

Qənirə Ataşovanı bir də belə görün

Amerikada yaşayan tanınmış jurnalist Qənirə Ataşova yoqa dərsləri zamanı maraqlı fotolarını paylaşıb.

Gununsesi.org bildirir ki, tanınmış teleaparıcı fotoları ilə yanaşı aşağıdakı qeydləri də yazıb:

Ağrı ilk 6-cı dəqiqədən gəlir. Qarşıda hələ bir saat bu ağrıya dözməlisən.

Yoga Sculpt. Yoganın bu növündə öyrədilən pozalar sümükləri acır, elastikliyi artırır, vücuda və ruha rahatlıq gətirir. Amma bu rahatlığı əldə etmək ücün az əmək vermirsən.
Ayaqlarımı döşək üzərində tam acdıqdan sonra, əl barmaqlarımı yerə dayayaraq vücudumu səmaya doğru dartıram. Bu anda məşqcim ciyinlərimə hər biri 8lb olan iki qantel qoyur. 10 deyib geriyə sayım başlayırıq. Məşqcim “one”qışqıranda “ay mama” deyib vücudumu döşəyə cırpdım. Dirsəkdən damcılayan su döşək üzərində hərəkətə də narahatlıq yaradır. Yanımda dayanan Jessi isə Allahı cağırıb “daha dözmürəm” pıcıldadı…Jessidən hec də yaxşı durumda deyildim. Ağrı dözülməzdir, cünkü canaq sümükləri əks istiqamətə dartılır. Nəfəs almamış insafsız məşqci başqa bir növə kecid verir….

Ağrıya dözməyən bədən-etmə,saxla bu zülmü deyir. Amma icimdəki o hiss (kimisi iradə, kimisi cəsarət,hünər, məsuliyyət və ya dəlilik deyir) mənə yorğun düşdüyüm matrasın üzərindən qalx deyir. Və qalxıram. Bu dəfə tamam başqa bir ruhla. Yorğunluğa təslim olmamaq hissi də insana güc verir. Bir saatlıq dərs bitir. Son 5 dəqiqə sakitləşməyə yönəlir və ardınca xoşbəxtlik və şükranlıq hissi. Yoğa arıqlamağa kömək etmir və kilolu xanımlar da yoğa edə bilər.

Yoğa sadəcə bədəni tərbiyyə edir.

Gununsesi.org

COMMENTS