“Qəbələ” Azərbaycan kubokunun qalibi oldu

  • By admin
  • 19 May 2019 19:19

Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünə yekun vurulub.

Gunujnsesi.org-un məlumatına görə, yarış  Naxçıvan Muxtar Respublikası Stadionunda keçirilən final oyunu ilə başa çatıb.

Avropa Liqasına vəsiqə verən mükafat uğrunda matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.

Oyun erkən qolla başlayıb. Stiven Monroz 4-cü dəqiqədə hesabı açıb.

Bu top matçın taleyini həll edib. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi adına yiyələnib