“Qəbələ”nin məşqçisi həlak oldu - QƏZADA

  • By admin
  • 15 Noyabr 2018 09:20

“Qəbələ” futbol akademiyasının məşqçisi Teymur Musayev faciəvi şəkildə vəfat edib. Gununsesi.info xəbər verir ki, Teymur Musayev ötən gecə Qəbələ şəhərində dostunun maşını ilə qəzaya düşüb.

Qəza ilə bağlı FHN-də məlumat yayıb.

FHN-in yaydığı məlumata görə, Qəbələ şəhərində “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar.