Qənirə Paşayeva ağdamlı tələbə qızdan yazdı: "Gözlərində görmədiyi ata-baba evinin həsrəti süzülür..."

  • By admin
  • 30 İyul 2016 22:23

aqdam

 

“Ağdamdan məcburi köçkün olan ailənin imtahanlardan 692 bal yığan ağıllı balası Aynur Babayevanın ailəsini ziyarət edib, Aynuru təbrik etdik və uğurlar dilədik. Bütün çətinliklərə və əziyyətlərə baxmayaraq yaxşı oxumaqdan, arzularının arxasınca getməkdən vazkeçməyən qızlara hər zaman böyük sevgi və sayğım olub. Aynur da onlardan biridir. Gözəl söhbət etdik. Gözəl söhbətlər etdik, universitet seçimini də birlikdə müzakirə etdik və sonda özü qərar verdi”.

Gununusesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda qeyd edib. O, qeyd edib ki,  A. Babayeva “ADA” Universitetində  gözəl təhsil – ali təhsil alacaq.

“Arzuları böyükdür. Və mən inanıram ki onlara çatacaq. İstedad, zəhmət və özünə inam hissi birləşincə böyük uğurların qapısı açılır. Aynur inşallah millətimiz və dövlətimiz üçün gzəl işlər görəcək peşəkarlarddan biri kimi yetişəcək. Bu gün söylədimim kimi hər zaman yanındayıq əziz Aynur! Sən və sənin kimi dəyərli gənclərimiz minlərlə gənc insana,gənc qızlarımıza ən gözəl örnəksiniz.

“Qənirə xanım imtahanı Ağdamın işğalı günü vermişdim” deyir və gözlərində görmədiyi ata-baba evinin həsrəti süzülür. Nənəsi söhbətə qoşulub “Ağdam işğal olunandan sonra hər işğal günü günümüz ağlamaqla keçərdi. İlk dəfə Aynurun uğuru ilə üzümüz güldü” deyir. İnşallah, az qaldı o gözəl torpaqlarımıza qayıdacağıq, deyirəm və hər kəs dua kimi “Amin” deyir. Uğurlar gözəl və ağıllı Aynur! Allah hər zaman yardımçın olsun!

Babayevlər ailəsini və Aynuru təmənnasız hazırlayan dəyərli müəllimləri bir daha təbrik edirəm!”-deyə, millət vəkili daha sonra yazıb.

Gununsesi.info