Qənirə Paşayeva “dostlar”a “rest” çəkdi: - "Allah adamı qıcqanc, "fürsəti" əldən verməyən "dost"lardan qorusun!"

  • By admin
  • 01 Avqust 2016 10:26

ganira_pashayeva_180215_1 (1)

“Düşmanlarımla mübarizəyə gücüm çatar, Allahım sən məni “dostlar”ımdan qoru sözü və duası nə gözəl bir dua. Düşmən düşməndir. Allah adamı qıcqanc,üzə gülüb arxadan zərbə vurmaq üçün fürsəti əldən verməyən “dost”lardan qorusun!”

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili QənirəPaşayeva öz “Facebook” statusunda yazıb. O, yazıb ki, dost mərd olar- xoşu gəlməyən bir şey varsa, onu ilk öncə dostuna söylər, arxasınca danışmaz.

“Mərd insanlar da azaldı, gerçək dostlar da… Yaxşı ki İLAHİ ədalət heç zaman azalmır!”-deyə, o,daha sonra yazıb.

K. Həmzəoğlu

Gununsesi.info