Qənirə Paşayevanın ilk üz tutduğu ünvan şəhid ailələri oldu

  • By admin
  • 17 Yanvar 2020 23:39

 

Tovuz Rayonundan deputatlığa namizəd Qənirə  Paşayeva ilk təşviqat görüşünü rayonun Qaraxanlı və  Qədirli kəndlərinin sakinləri, şəhid ailələri ilə keçirib.

Gununsesi.org deputatlığa namizədin təəssüratlarını təqdim edir:

“Qaraxanlı kəndimizdə dəyərli şəhid anamızı ziyarət etdik, xeyir-duasını aldıq. Gözəl söhbət edib, fikir mübadiləsi apardıq. Hər zaman olduğu kimi, bu dəfə də dəstəklərini əskik etmədilər. Var olsunlar! Onların dəstəyi mənim üçün mənəvi anlamda ən önəmli dəstəkdir. Özlərinə də söylədiyim kimi, onların etimadına layiq ola bilmək mənim üçün hər şeydən önəmlidir. Bu günə qədər olduğu kimi, bundan sonra da onların etimadına layiq olmaq üçün çalışacağıq. Allah bütün şəhid analarımızı və şəhid ailələrimizi qorusun. Hər zaman yanlarındayıq. Xeyir-dualarını və dəstəklərini verdikləri üçün bir daha hər birinə təşəkkür edirəm!

 …Həmçinin, Qaraxanlıda dəyərli şəhid atamız, əziz Bayram qardaşımı və gözəl xanımını ziyarət etdik, onların xeyir duasını aldıq. Hər zaman seçkilərdə ilk öncə xeyir-dua aldığım insanların önündə şəhid ailələrimiz gəlir. Bayram qardaşa və onun əziz ailəsinə hər zaman olduğu kimi, yenə də dəstəklərindən dolayı təşəkkür edirəm. Onların dəstəklərinin mənim üçün mənəvi anlamı daha da böyükdür. Var olsunlar. Allah hər zaman onların yardımçıları olsun. Bu seçki kampaniyası dövründə onların dəstəyi bizə daha da böyük güc oldu”.

Gununsesi.org