“Qətliam görmək istəyənlər Qarabağa baxsın” - ƏRDOĞAN

  • By admin
  • 16 Oktyabr 2019 18:19
Türkiyə əleyhinə kampaniyada ən çox istifadə olunan arqumentlərdən biri də budur – sivillər qətlə yetirilir.
Gununsesi.org-un məlumatına görə, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında deyib.
O, Fransa Prezidenti Emmanuel Makrona Ruandada, Əlcəzairdə törədilən qətliamlar barədə xatırlatma verdiyini bildirib.
“Makrona dedim ki, Ruandada, Əlcəzairdə insanlar qətlə yetirən siz deyildiniz?.. İndi isə Suriya məsələsində utanmadan bizi sivilləri qətl etməkdə ittiham edənlərə bunu deyirəm”, – deyən Ərdoğan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
“Sivil qətliamı görmək istəsəniz, Suriyada Türkiyənin ayaq basmadığı yerlərə, Əfqanıstana, Qarabağa baxın. Sivillərin qətliamını görmək istəsəniz, aynanın qarşısına keçib tarix boyunca əlinizə bulaşmış günahsız qanlarına baxın”.
Gununsesi.org