Qəzza zolağından İsrail istiqamətində raket atılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.
Fevralın 17-də Qəzza zolağından atılan raket İsrailin cənubunda yaşayış evinin damına düşüb. Mərmi partlamayıb. İsrail hərbçiləri buna cavab olaraq HƏMAS-ın Qəzzadakı mövqelərinə zərbələr endirib.
Qeyd edək ki, ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.
Gununsesi.info