“Qaçqınkom” köçkün direktorların çörək pulunu niyə kəsib?QANUNSUZLUQ

“Qaçqınkom” köçkün direktorların çörək pulunu niyə kəsib?

eli hesenov

Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin qərarıyla məcburi köçkün statusu olan məktəb direktorları məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətdən məhrum edilib. Bu barədə Gununsesi.info-ya Kəlbəcər rayonundan olan bir qrup məktəb direktoru məlumat verib. Məlumatda bildirilir ki, artıq bir neçə aydır ki, Kəlbəcər köçkünü olan bu insanlar aylıq müavinətdən məhrumdurlar. Bu isə mövcud qanunvericiliklə yanaşı, həm də Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair TƏLİMAT-a ziddir. 

Qeyd edək ki, hələ bir neçə il əvvəl “Qaçqınkom” köçkün ailəsində yeni doğulan uşaqların “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət”dən məhrum edilməsi qərarını verib. 

Yuxarıdakı məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri sorğumuzu cavablandıracağını desə də bunu etməkdən imtina etdi.

Mövzuya qayıdacağıq.

Elmar

COMMENTS