Qadın paltarı geyinib kişiləri özünə aşiq etdi - FOTOLAR

  • By admin
  • 08 İyun 2016 17:52

Qadin paltarlari

Çində qeyri-adi hadisə baş verib. Gununsesi.info xəbər verir ki, Miao Sonqtao adlı gənc sosial şəbəkələrdə tanış olduğu kişilərə özünü qadın kimi təqdim edərək 11nəfərlə “sevgi macərası” qurub. 27 yaşlı gənc son qurbanını özünə aşiq etməklə kifayətlənib, hətta onunla evlənib.  

Miao aldatdığı kişiləri soyub talayıb. Nişanlı qaldıqları 4 ay ərzində Vanq adlı bəy sevgilisinin kişi olmasından şübhələnməyib. 2015-ci ilin sonlarında Vanqın ailəsi onlara təntənəli toy edib.

qadfinnpaltariiFırıldağın üstü gəlinin toy gecəsi pulları və qızılları götürüb qaçması ilə açılıb. Polis “itkin gəlin”in evində axtarış apararkən onun şəxsiyyətini müəyyən edən sənədlər tapıb. Bununla yanaşı, Miaonun qarderobunda qadın alt paltarlarından tutmuş hündürdaban ayaqqabılara qədər bahalı geyimlər aşkarlanıb.

Gununsesi.info