Qadın sərxoş oğlu tərəfindən bıçaqlandı

  • By admin
  • 24 Fevral 2018 21:22


Göygöldə bıçaqlanma olub. APA-nın verdiyi məlumata görə rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə M. Yusibova oğlu tərəfindən bıçaqlanıb. Belə ki, qadın oğlunun spirtli içki içməsinə etiraz edərkən, sonuncu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info