Qafqaz Universitetinin müəlim və tələbələri şokda - VİDEO

  • By admin
  • 20 İyul 2016 16:28

 

qa1

Türkiyədə yaşanan son olaylar Bakıdan da yan keçmir. Belə ki, son zamanlar ANS telekanalının bağlanmasının ardınca Fətullah Gülənə yaxınlığı ilə seçilən Qafqaz Universitetinin, “Zaman-Azərbaycan” qəzetinin dayandırılıb. Bir neçə saat əvvəl fəaliyyəti qadağan edilən Qafqaz Universitetinin bağlanması xəbəri isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

qa2

Azərbaycanda yüksək təhsil verən azsaylı ali məktəblərdən biri olan Qafqaz Universitetinin fəaliyyətini dayandırması orada təhsil alan tələbələrin və onların valideyinlərinin narazılığına səbəb olub.

Qafqaz Universitetinə yollanan Gununsesi.info-nun əməkdaşının xəbərinə görə, universitetin qarşısında yüzlərlə tələbə-valideyin toplanıb. Onlar ali məktəbin bağlanması ilə razılaşmadıqlarını bildirir.

Əməkdaşımızın sözlərinə görə, bundan başqa ərazidə hüquq-mühafizə orqanlarının mülki geyimli çoxsaylı əməkdaşları, həmçinin, media nümayəndələri toplanıb.

Saytımıza açıqlamasında tələbə və müəllimlər qərara etirazlarını ifadə edib. Onlar bildirib ki, Azərbaycanda yeganə yüksək təhsil verən bir ali məktəbin siyasi maraqlara qurban getməsini istəmirlər.

 

qa3

Universitetin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev ali məktəbin “Anti-Gülən”  kampaniyasına görə, bağlanması barədə sualımızı isə cavablandırmaqdan imtina edib: “Bu barədə yaxşı olardı ki, rektorun özündən soruşasınız.

 

 

Gülnaz Qənbərli