“Qalatasaray” PSJ-yə qarşı

  • By admin
  • 11 Dekabr 2019 19:16

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu-6-cı turunun oyunlarına  yekun vurulacaq.

Gununsesi.org xəbər verir ki, A, B, C və D qruplarında görüşlər keçiriləcək.

“Qalatasaray” Fransada PSJ-nin qonağı olacaq. A qrupunun digər matçında “Brügge” “Real”I qəbul edəcək. Madrid və Paris təmsilçiləri 1/8 finala vəsiqəni təmin ediblər. Son oyunların ardından Avropa Liqasında çıxış edəcək komanda da müəyyənləşəcək. İstanbul təmsilçisi bu vəsiqəni qazanmaq üçün qalib gəlməli, “Brügge”nin isə xal itirməsini gözləməlidir.

A qrupu

00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə)
00:00. “Brügge” (Belçika) – “Real” (İspaniya)

B qrupu

00:00. “Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə)
00:00. “Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya)

C qrupu

21:55. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Mançester Siti” (İngiltərə)
21:55. “Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya)

D qrupu

00:00. “Bayer” (Almaniya) – “Yuventus” (İtaliya)
00:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya)

Gununsesi.org