Qalmaqallı mülkiyyət çəkişməsi Ali Məhkəmədə

Qalmaqallı mülkiyyət çəkişməsi Ali Məhkəmədə

Səhmdar Qənirə Hacıyeva: “Hörmətli hakim, sizə and verirəm, Faiq Məmmədovun zülmünə son qoyun….”

Bu gün Azərbaycan Ali Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə «Şah market” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun 15 mart 2019-cu il tarxili qərarından verilmiş kassasiya şikayətinə baxıldı.

Gununsesi.org xəbər verir ki, iclas açıq elan ediləndən sonra hakim bildirdi ki, qarşı tərəfin vəkili xəstələnməsi ilə bağlı teleqram vurub və iclasa gələ bilməyəcək. Daha sonra Kollegiyanın sədri İlqar Dəmirov cavabdeh tərəfin bu teleqrama münasibətini soruşdu. İddiaçı tərəfin nümayəndəsi və vəkili iclasın cavabdehin iştirakı ilə keçirilməsinə tərəfdar olduqlarını bildirdilər. Hakim tərəflərə, həm də növbəti iclasadək ortaq məxrəcə gəlməyi tövsiyyə etdi.

Çıxış edən səhmdarların əsas nümayəndəsi, səhmdar Qənirə Hacıyeva onları uzun illərdir məhkəmələrdə süründürən şəxsin Bakı Şəhər İcara Hakimiyyəti Ticarət Departamentinin keçmiş sədri Faiq Məmmədovun durduğunu bildirdi: “Möhtərəm hakimlər, Sizi and verirəm, bu Məhərrəmliyin adına, Faiq Məmmədovun zülmünə son qoyun, heç olmasa işi Apellyasiya məhkəməsinə qaytarın… Faiq Məmmədovun məqsədi saxta yolla ASC-nin dağıdılmasına və parçalanmasına nail olmaq, əmlakımızı ələ keçirməkdir. O “Bakı” Univermağını, “Təzə Bazar”ı, digər iri obyektləri də bu yolla parçalayıb, özünü, qohumlarını zor gücünə səhmlərə şərik etməklə məqsədinə nail olub. Onun əl qoyduğu işlərin heç birindən hələ ki xeyir görən olmayıb… 2014-cü ildən bu işə məhkəmələrdə baxılır. Adını hələ ki ad çəkmək istəmirəm, iki vəzifəli qohumunun vasitəsilə məhkəmələrə təsir edərək başımıza müsibətlər gətirməkdədir… Azərbaycanın pullarını oğurlayıb xaricə qaçan bir insan indi burda da bizi dinc yaşamağa qoymur… Cənab Prezident İlham Əliyev sahibkarlığa yaşıl işıq yandırıb, şərait yaradır, sabitliyin qarantıdır, Allah köməyi olsun. Belələri isə min bir hoqqalarla narazılıq yaradır. Bunlara son qoyulmalıdır… Sonra digər narazı səhmdarlar- Vidadi Məmmədov, Xəqani Məmmədov, Vəzir Rəcəbov, Rəcəb Rəcəbov və başqaları çıxış etdilər.

Yerində müşavirə edən kollegiya məhkəmənin növbəti iclasını tarixini oktyabrın 8-ə, saat 14:50-ə təyin etdi.

 

Gunay Təhməzli

Gununsesi.org

COMMENTS