Qanlı hücum – Türkiyəli diplomatlar güllələndi – Çox sayda ölü var

  • By admin
  • 17 İyul 2019 17:21

İraqın Ərbil şəhərində Türkiyə konsulluğu əməkdaşlarının olduğu restorana silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb. Məlumatı “Hurriyet” yayıb.

Öldürülən diplomat Türkiyənin Ərbildəki baş konsulunun müavinidir.

Diplomatlara hücum edən terrorçu öldürülüb.

*   *   *16:26

İraqın şimalında yerləşən Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşları olan restorana silahlı hücum nəticəsində 3 diplomat öldürülüb.

“Hurriyet” nəşri yazır ki, hadisə nəticəsində yaralananlar da var.

Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hücum edənlərin kimliyi hələlik məlum deyil.

****

İraqın şimalındakı Kürd Muxtariyyətinin paytaxtı Ərbildə terror aktı törədilib.

Anadolu agentliyi xəbər verir ki, restorana təşkil olunan silahlı hücum nəticəsində bir neçə nəfər həlak olub. Yaralılar var. Məlumata görə, hadisə zamanı türkiyəli diplomatlar da restoranda olub.

Ölənlər arasında Türkiyənin Ərbildəki baş konsulunun köməkçisi Hakan Karaçay da var. Azı 3 diplomatın öldüyü deyilir. Bəzi mənbələr hücumun partlayıcı qurğunun işə salınması ilə təşkil olunduğunu yazır. (redaktor.az)