Qanunsuz odlu silah və narkotik vasitələr gəzdirən şəxslər saxlanılb -FOTOLAR

  • By admin
  • 03 Oktyabr 2016 12:52

unnamed

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirən, eləcə də narkotik vasitələrin qeyri-leqal dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini Fərid Bağırovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində F.Bağırov Nəsimi rayonu ərazisində saxlanılıb və onun üzərinə baxış zamanı “Naqan” markalı tapança, eləcə də həmin odlu silaha aid 7 ədəd patron aşkar edilərək götürülüb. Baş İdarənin əməkdaşlarının keçirdiyi növbəti əməliyyat tədbiri zamanı isə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlilabad rayon sakini Toğrul Əskərov saxlanılıb.Onun Bakı şəhərində kirayə yaşadığı mənzilə baxış zamanı ümumi çəkisi 3 kiloqram 500 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb. T.Əskərov istintaqa verdiyi ilkin ifadəsi zamanı tiryəki 12500 manata satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

unnamed-3 unnamed-2 unnamed-1

Gununsesi.info