Qanunsuz tikililərə görə həbslərə start verildi- İCRA BAŞÇILARI TƏLAŞ İÇİNDƏ

Qanunsuz tikililərə görə həbslərə start verildi

Baş Prokuror  Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.

Gununsesi.info  Unikal.org-a istinadən xəbər verir ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən hökumət müşavirəsində qanunsuz tikililərin qarşısının alınması ciddi müzakirə mövzusu olub. Ölkə başçısının çıxışından sonra Bakı meri əvəzi Eldar Əzizov paytaxt rayonlarında yoxlamalara başlayıb.

Bu isə qarşıdakı dövr ərzində çoxsaylı həbslərin olacağına bir işarədir.

Gununsesi

COMMENTS