Qar xərçəngi 46 min dollara satıldı

  • By admin
  • 07 Noyabr 2019 21:28
Yaponiyada baş tutan ilin ilk qar xərçəngi ovundan sonra təşkil edilən hərracda bir qar xərçəngi rekord qiymətə satılıb.
Gununsesi.org xəbər verir ki, Yaponiyada böyük maraq görən və dünyanın ən bahalı xərçənglərindən olan qar xərçənginin ov sezonu dünən başlayıb. İlk ov günündə Yapon dənizindən tutulan xərçənglər Yaponiyanın qərbindəki Tottori Limanında baş tutan hərracda satışa çıxarılıb.
1.24 kiloqram ağırlığı olan qar xərçəngi 5 milyon yen (təxminən 46 min dollar) qiymətinə satılıb. Xərçəgi alan alıcının bir balıqçılıq şirkətini təmsil etdiyi və xərçəngin Tokionun ən lüks ərazisi olan Ginza bölgəsindəki bir yapon restoranında müştərilərə servis ediləcəyi bildirilib.
Gununsesi.org