Qara yara xəstəliyinə görə 10 milyon heyvan peyvənd olundu

Qara yara xəstəliyinə görə 10 milyon heyvan peyvənd olundu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) baytarlıq xidməti sahəsində aparılan epizootik tədbirlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

Gununsesi.org xəbər verir ki, mətbuat konfransında Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov çıxış edərək 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı heyvanları arasında aparılan epizootik tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Onun sözlərinə görə, AXA-nın baytarlıq mütəxəssisləri tərəfindən 2019-cu ilin 6 ayı ərzində xüsusi təhlükəli xəstəliklər hesab olunan qarayara xəstəliyinə qarşı 9801976 heyvanda, o cümlədən 2530204 baş iribuynuzlu, 7185984 baş xırdabuynuzlu heyvanlarda, 4105 baş donuzlarda və 81363 baş təkdırnaqlılarda, 320 baş dəvədə peyvəndləmə işləri aparıblar.

Bundan başqa dabaq xəstəliyinə qarşı 2542133 baş iribuynuzlu, 6992013 baş xırdabuynuzlu heyvanlarda, leptospiroz xəstəliyinə qarşı 375917 baş iribuynuzlu, 195831 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 239136 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə, 617 baş iribuynuzlu heyvanda, 70 baş xırdabuynuzlu heyvanda), nodulyar dermatit xəstəliyinə qarşı 2646880 baş iribuynuzlu heyvanda, qoyunların çiçək xəstəliyinə qarşı 8111569 baş davarda, bruselyoz xəstəliyinə qarşı “Ştamm-19” vaksini ilə 134524 baş iribuynuzlu heyvanda, “Rev-1” vaksini ilə 515936 baş xırdabuynuzlu heyvanda, donuzların taun xəstəliyinə qarşı 4386 baş donuzda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı “H” vaksini ilə 23138083 baş quşda, “La-sota” vaksini ilə 30655682 baş cücədə profilaktik peyvəndləmələr aparılıb.

Gununsesi.org

COMMENTS