“Qarabağ” APOEL-lə oyunda itki ilə üzləşib

  • By admin
  • 07 Noyabr 2019 22:54

“Qarabağ” klubu Kiprdə APOEL-lə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV tur matçında itki ilə üzləşib.

Gununsesi.org-un məlumatına görə, 14-cü dəqiqədə Dani Kintana zədələnib. Oyunu davam etdirə bilməyən ispaniyalı yarımmüdafiəçini Maqaye Qeye əvəzləyib.

Qeyd edək ki, hazırda “Qarabağ” hesabda öndədir – 1:0.

 

Gununsesi.org