“Qarabağ” “Höteborq”u “darmadağın” etdi və qrup mərhələsinə yüksəldi- FOTOLAR- YENİLƏNİB

  • By admin
  • 25 Avqust 2016 21:40

qar-1

UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirir.

Gununsesi.info xəbər verir ki,  Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” klubu ilə “Höteborq” (İsveç) komandası arasında cavab qarşılaşması başlayıb.

Artıq oyunun ikinci hissəsinin əvvəllərində “Qarabağ” qonaqların qapısında 3-cü topu keçirib.

Xatırladaq ki, İsveçdə keçirilən ilk oyun 1:0 hesabı ilə “Höteborq” komandasının xeyrinə nəticələnmişdi.

***

Oyun 3-0 hesabı ilə də başa çatıb və Ağdam klubu qrup mərhələsinə yüksəlib.

qar-2

qar-3

Gununsesi.info