Qarabağ qazilərindən Fəzail Ağamalıya AÇIQ DƏSTƏK - FOTOLAR

  • By admin
  • 18 Yanvar 2020 16:51

Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı Salyan rayonunun Qarabağlı kəndində Qarabağ qaziləri ilə görüş keçirib. 
Gununsesi.org Demokrat.aza istinadən xəbər verir ki, görüşdə Salyan rayonunda yaşayan 50-yə yaxın Qarabağ qazisi iştirak edib.
Görüş zamanı qazilərin problemləri dinlənilib və onların həll edilməsi üçün lazımı addımlar atılacağına söz verilib.
Görüş zamanı çıxış edən qazilər bildiriblər ki, Fəzail Ağamalı deputat fəaliyyəti dövründə daim onların yanında olub və problemlərinin tezliklə həll edilməsinə çalışıb.
Həmçinin, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid və qazi olmuş Milli qəhrəmanlarımızın ailələrini tez-tez ziyarət edib, onların dərdlərinə şərik olub.
Görüşün sonunda rayonun qaziləri adından Fəzail Ağamalıya açıq dəstək ifadə olunub, Qarabağ qaziləri fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə 60 saylı Salyan – Neftçala seçki dairəsindən Fəzail Ağamalıya səs verəcəklərini açıq şəkildə bəyan ediblər.
Qeyd edək ki, görüşdə 2016-cı ilin aprel döyüşləri zamanı ağır yaralanan və müalicə aldıqdan sonra ordu sıralarından tərxis olunan Xüsusi Təyinatlı Qüvvələrimizin hərbiçisi Səxavət Salmanov da iştirak edib.