“Qarabağ” qrupda qaldı – Avro liqada gecənin nəticələri Avro liqada gecənin nəticələri

  • By admin
  • 29 Noyabr 2019 12:48

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun qarşılaşmaları keçirilib.

Gununsesi.org xəbər verir ki, başa çatan 11 oyundan sonra 1/16 finala yüksələn daha 5 komandanın adına aydınlıq gəlib.

Belə ki,  I qrupundan Almaniyanın “Volfsburq” və Belçikanın “Gent”, K qrupundan Portuqaliyanın “Braqa” və İngiltərənin “Vulverhempton”, L qrupundan isə Hollandiyanın “AZ Alkmar” klubları 1/16 mərhələyə vəsiqəni təmin ediblər.

 Avropa Liqası
Qrup mərhələsi
V tur, 28 noyabr

G qrupu
21:55. “Feyenoord” (Hollandiya) – “Reyncers” (Şotlandiya) – 2:2
Tomstra, 33, Sinisterra, 68 – Morelos, 52, 65
21:55. “Yanq Boyz” (İsveçrə) – “Porto” (Portuqaliya) – 1:2
Fassnaxt, 6 – Abubakar, 76, 79

H qrupu

21:55. “Ferensvaroş” (Macarıstan) – “Espanyol” (İspaniya) – 2:1
Siqer, 23, Skverka, 90 (pen.) – Melendo, 31
21:55. MOİK (Rusiya) – “Ludoqorets” (Bolqarıstan) – 1:1
Çalov, 75 – Keseru, 66

İ qrupu
21:55. “Aleksandriya” (Ukrayna) – “Volfsburq” (Almaniya) – 0:1
Veqhorst, 45 (pen.)
21:55. “Sent-Etyenn” (Fransa) – “Gent” (Belçika) – 0:0

J qrupu
21:55. “Volfsberq” (Avstriya) – “Borussiya” (M, Almaniya) – 0:1
Ştindl, 60
21:55. “Başakşəhər” (Türkiyə) – “Roma” (İtaliya) – 0:3
Veretu, 30 (pen.), Klyuvert, 40, Dzeko, 45

K qrupu
21:55. “Braqa” (Portuqaliya) – “Vulverhempton” (İngiltərə) – 3:3
Horta, 6, Paulinyo, 65, Franserjio, 79 – Ximenes, 13, Doherti, 34, Traore, 35
21:55. “Beşiktaş” (Türkiyə) – “Slovan” (Slovakiya) – 2:1
Roko, 75, Lyayiç, 90 (pen.) – Daniel, 35

L qrupu
21:55. “Alkmaar” (Hollandiya) – “Partizan” (Serbiya) – 2:2
Druyif, 87, 90 – Asano, 16, Soumah, 27

Gununsesi.org