“Qarabağ” “Sevilya”ya qarşı- START HEYƏTLƏR AÇIQLANDI

“Qarabağ” “Sevilya”ya qarşı

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək. 

Gununsesi.org xəbər verir ki, ölkəmizin yeganə təmsilçisi “Qarabağ” da qrupda ilk matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə İspaniya La Liqasının hazırkı lideri “Sevilya”nı qəbul edəcək.

Qurban Qurbanovun komandasının ispanlara qarşı necə çıxış edəcəyi maraqla gözlənilir.

A qrupunun digər matçında APOEL “Düdelanj”ı qəbul edəcək.

Avropa Liqası
A qrupu
19 sentyabr

20:55. “Qarabağ” – “Sevilya”
Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ”: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov,  55. Bədavi Hüseynov. 99. Maqaye Qeye

“Sevilya”: 1. Tomaş Vatslik, 11. Munir, 12 Jyul Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos , 21. Oliver Torres, 22, Franko Vaskes, 24. Joan Jordan

Gununsesi.org

COMMENTS